Qadın futbolunda tarixin ən sürətli qolu qeydə alınıb.
Busaat.az Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, bu qol Rusiya Superliqasının 23-cü turunda “Zvezda-2005” – “Yenisey” görüşündə vurulub. “Zvezda-2005″in rusiyalı hücumçusu Olesya Kuroçkina görüşün 9,31 saniyəsində fərqlənib.
Qeyd edək ki, qarşılaşma “Zvezda-2005″in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.