Qanunsuz olaraq Qarabağa gedən fransalı siyasətçi Valeri Pekresdən səfərlə bağlı RİYAKAR AÇIQLAMA

image-valeri-720x403-1backend

İl-de-Frans bölgəsinin rəhbəri, Fransa prezidentliyinə namizəd Valeri Pekres Ermənistana səfəri ilə bağlı açıqlama yayıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Valeri Pekres Fransa Senatının Respublikaçılar fraksiyasının rəhbəri Bruno Retayo və Fransanın keçmiş xarici işlər naziri Mişel Barnye ilə birlikdə qardaş ölkə Ermənistana səfər etdiyini bildirib. Valeri Pekres Fransanın Ermənistanın iqtisadi və mədəni inkişafına, erməni mənəvi irsinin qorunub saxlanmasına köməklik göstərməsindən danışıb.

Azərbaycan ərazisinə qanunsuz səfər edən, beynəlxalq hüqunun prinsiplərini kobud şəkildə pozan, ikili yanaşma və qərəz sərgiləyən fransalı siyasətçi Ermənistan prezidenti Armen Sarkisyan, bütün ermənilərin katolikosu II Qaregin və qondarma rejimin başçısı Arayik Arutyunyan ilə görüşlərindən fotolar paylaşmaqla, dünyaya demokratiya dərsi keçməyə çalışan ölkəsində bu sözün heç “d” hərfinin də mövcud olmadığını sübuta yetirib.

Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki