“Qarabağ”ın AvroLiqadakı rəqibləri məlum oldu: 8 klub – SİYAHI

image-203436_67nstzq8dybackend

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb. 

Busaat.az xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanıb.

Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqiblərinin adına aydınlıq gəlib.  vakansiya

Qeyd edək ki, komandamız 3-cü səbətdə yer alıb.

Yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edəcək.

Hər komandanın  8 rəqibini seçiləcək. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

“Qarabağ”ın rəqibləri 

1-ci səbətdən: “Tottenhem”, İngiltərə (səfərdə), “Ayaks” Niderland (evdə)

2-ci səbətdən: “Olimpiakos”, Yunanıstan (səfərdə), “Lion” (Fransa) (evdə)

3-cü səbətdən: “Malmö”. İsveç (evdə),” Bodo Glimqt” Norveç (səfərdə)

4-cü səbətdən: “FCSB”, Rumıniya (evdə), “Elfsborq” İsveç (səfərdə)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki