Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
İdman

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah keçiriləcək "Qarabağ" - "Aşdod" (İsrail) oyununa bilet satışı davam edir. Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 7 min bilet satılıb. Klub rəsmisi qeyd edib ki, oyun günü koronavirusla bağlı bütün tələblər yerinə yetirələcək. Nazilər Kabinetinin qərarına əsasən, oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna 15 min azarkeş buraxıla bilər. Buna görə də matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir. Qeyd edək ki, iyulun 22-də oynanılacaq "Qarabağ" - "Aşdod" qarşılaşması saat 20:00-da başlayacaq.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=23333