“Qarabağ”ın rəqibindən 6 milyonluq transfer

image-169498_88kc47b9gbbackend

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u daha bir transferini açıqlayıb.

Busaat.az xəbər verir ki, Pirey təmsilçisi Danimarkanın “Kopenhagen” klubundan Pep Bieli transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Olimpiakos” 25 yaşlı yarımmüdafiəçinin transferi üçün Danimarka klubuna 6 milyon avro ödəyib.

Qeyd edək ki, 2019-cu uldən Danimarka klubunda çıxış edən ispaniyalı futbolçu bu komandada 128 oyuna 32 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90