“Qarabağın minalardan təmizlənməsi: Təxminən 20 il müddət və 25 milyard da vəsait tələb oluna bilər…”

image-8ee0fbe5-a19e-4b4d-a8d9-e01b62ea885abackend

“Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda Ağdamda beynəlxalq konfrans keçirilib.  BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva da tədbirdə iştirak edib.  BMT rəsmisi çıxışında bildirib ki, mina problemi ilə bağlı mövcud durum Azərbaycanda olduqca məyusluq yaradır. 

Ümumiyyətlə işğaldan azad edilən ərazilərimizdə mina təhlükəsini minimuma endirmək üçün ən qısa zamanda nə kimi qabaqlayıcı və optimal tədbirlər görülməlidir?

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin Busaat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın  problemi təkcə minalarla məhdudlaşmır:

“Minaların ən optimal həlli yalnız və yalnız onların təmizlənməsindən keçir. Bundan başqa kimsə bu problemin həllində digər bir variant tapa bilməyib. Fakt odur ki, Azərbaycanın  problemi təkcə minalarla məhdudlaşmır. Çünki, ölkəmizdə insan ayağı dəyməyən yüksək dağ zirvələrində, keçilməz yollarda kifayət qədər çox sayda partlamamış hərbi sursatlar da var. Onların da təhlükələri heç də mina təhlükəsindən az deyil. 

BMT rəsmisi xanım Vladanka Andreyevanın da dedikləri bir həqiqətdir ki, minatəmizləmə kifayət qədər bahalı və uzun müddət tələb edən bir prosesdi. Çünki Qarabağın 80 faiz ərazisində minaların təmizlənməsi torpaq və düzənlik ərazilər deyil ki, orada mexaniki vasitələrdən istifadə edilsin. Əksər ərazilərin, dağ – dərə, yüksəkliklər və texnikanın işləməyəcəyi qayalıqları nəzərə alsaq həmin yerlərin təmizlənməsi mexaniki üsulla, əl əməyi ilə başa gəlir. Bu da təmizləmə müddətini və vəsaitin miqdarını artırır.

Dünya müharibəsindən sonrakı müddətdə minalanmış ərazilərin təmizlənməsinin ən optimal müddətlərini nəzərə alsaq Qarabağ ərazilərinin tam təmizlənməsi üçün ən azı 20 il müddət lazımdır. Təxminən də 25 milyard da vəsait tələb oluna bilər…”

Bünyamin Bünyadzadə

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90