Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.92 $▼3.84%
  • WTI neft81.86 $▼3.40%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.387 $▲7.12%
  • Qızıl3 701 $▼2.26%
  • Gümüş44.50 $▼2.86%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda583.50 ¢▼3.59%
  • Bitcoin62 533 $▼0.71%
  • Ethereum1 768 $▼0.39%
  • S&P 5007 324▼0.23%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Hadisə

Qaydanı pozan motosiklet yandı, başqa qəzaya səbəb oldu - VİDEO

image-31
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Dünən Bakıda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, motosiklet sürücüsü çoxzolaqlı yolda qaydanı pozaraq avtomobillərin intensiv hərəkət etdiyi digər zolağa daxil olub və qəfil yanıb. Bu zaman ona kömək etmək istəyən minik avtomobilinin sürücüsü isə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub:

“Hadisə ötün gün günorta saatlarında Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyası istiqamətində baş verib. Nəticədə həmin sürücülərin törətdiyi qayda pozuntusuna görə, paytaxtın əsas prospektlərindən birində ciddi sıxlıq yaranıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq motosiklet və moped sürücülərinə qaydalara əməl etmələri ilə bağlı çoxsaylı müraciətlərimizə baxmayaraq, yollarda fürsət yaranan kimi “qaydanı pozum, heç bir problem olmaz” düşüncəsi ilə bu nəqliyyat vasitələrini necə gəldi idarə edənlər az deyil. Həmin sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, müşahidə kameraları 24 saat işləyir və onların törətdikləri hər bir qayda pozuntusu nəzarətdən kənarda qalmır. Mərkəz olaraq növbəti dəfə moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə, digərlərinin həyatını təhlükəyə atmasına, eləcə də yollarda sıxlığın yaranmasına səbəb olmasınlar”, – qurumun məlumatında vurğulanıb.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145324