Qazaxıstan Rusiya ilə rubl və tengenin konvertasiyasına dair sazişi denonsasiya edib

image-ktbackend

Qazaxıstan hakimiyyəti Rusiya ilə rubl və tengenin qarşılıqlı konvertasiyası və sabitləşdirilməsi üzrə tədbirlər haqqında sazişi denonsasiya etmək niyyətindədir. Buna səbəb kimi müqavilənin aktuallığını itirməsi göstərilib.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin qərar layihəsində qeyd edilib.

Saziş 1995-ci il yanvarın 20-də bağlanıb. Sənəd layihəsi yanvarın 20-dək ictimai müzakirədədir. Qəbul olunarsa, Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya hökumətini denonsasiya etmək niyyəti barədə xəbərdar etməlidir.

Ötən ilin sonunda Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Rusiyanı tərk etmiş bütün xarici firmaları ölkəyə dəvət edib.

Onun sözlərinə görə, xarici investisiyaların köməyi ilə respublika Avropa ilə Asiyanı birləşdirən əraziyə çevrilə bilər. Yapon telekanalının efirində diplomat Astananın Moskvaya qarşı sanksiyalar tətbiq etməyəcəyinə söz verib, lakin bu, Qərbin məhdudiyyətlərindən yan keçməyə də kömək etməyəcək.

Həmçinin Almaniyanın Rusiya neftindən imtina etməsi fonunda Qazaxıstan öz neftini “Drujba” neft kəməri ilə Avropa ölkələrinə tədarük etmək planlarını təsdiqləyib. Rusiya baş nazirinin müavini Aleksandr Novak Moskvanın müvafiq ərizəni təsdiqləməyə hazır olduğunu bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90