Qırğızıstan – Tacikistan sərhədində yenə atışma oldu

image-tacikbackend

Qırğızıstan və Tacikistan arasında sərhəddə sərhədçilər arasında atışma olub.

Busaat.az  xəbər verir ki, bu haqda məlumatı Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti yayıb.

Qırğızıstan tərəfinin verdiyi məlumata əsasən, ölkənin Batksenk əyalətində Kum-Bazar adlı ərazidə Tacikistanın sərhədyanı bölgələrinin sakinləri razılıq olmadan Qırğızıstan ərazisindən qum toplamağa başlayıb.

Bildirilir ki, Qırğızıstan sərhədçilərinin və yerli sakinlərin etirazlarına baxmayaraq onlar öz fəaliyyətini dayandırmayıb. Bundan əlavə, Tacikistan vətəndaşları Qırğızıstan vətəndaşını döyməyə çalışıblar. Bunun ardınca tərəflər arasında dava yaranıb.

Dava zamanı Tacikistan sərhədçiləri qarşı tərəfə atəş açıblar. Məlumata əsasən, Qırğızıstan tərəfindən xəsarət alan olmayıb. Hazırda vəziyyət sabit olaraq qiymətləndirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90