Qızından Tofiq Yaqublunun səhhəti ilə bağlı açıqlama: “Həkim dedi ki…”

image-tofiqyaqublu3backend

“Xəstəxanadakı növbətçi həkim KT-nin diskini bizə vermədi və dedi ki, sabah verə bilərik. Həkim qeyd etdi ki, radioloq hazırda yoxdur və özü baxıb rəy verəcək”.

 

Busaat.az xəbər verir ki, bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

 

“Növbətçi neyrocərrah həkim qeyd etdi ki, Tofiq Yaqublunun başında və beynində qanaxma, beyin sümüklərində sınıqlar yoxdur. İndi xəstəxanadan çıxıb evə gedirik. Çox halsız və yorğun olduğu üçün göz klinikasına getmək istəmədi” – N.Həzi qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90