Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.02 $▼4.81%
  • WTI neft81.37 $▼3.98%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.334 $▲5.44%
  • Qızıl3 749 $▼1.00%
  • Gümüş45.01 $▼1.76%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.75 ¢▼2.89%
  • Bitcoin63 288 $▼2.44%
  • Ethereum1 777 $▼2.54%
  • S&P 5007 355▲0.20%
10°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Qriqoru Xaçaturov da Paşinyanı istefaya çağırdı

image-qriqori-xachaturov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri general-mayor Qriqori Xaçaturov açıqlama yayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Busaat.az xəbər verir ki, Xaçaturov açıqlamasında bildirib ki, Paşinyan son üç ildə 4 dəfə Baş Qərargah rəisi təyin edib. Bu isə onun səriştəsizliyinin və məsuliyyətsizliyinin göstəricisidir.

Xaçaturov qeyd edib ki, Paşinyanın rəhbərlik etdiyi hər yeni gün və saat dövlətin təhlükəsizlik sistemini zədələyir və gələcəyini şübhə altına alır.

“Beləliklə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının 25 fevral 2021-ci il tarixli bəyanatını bir daha təsdiq edərək, yenidən N.Paşinyanın dərhal istefasını tələb edirəm”,- deyə o, bəyanatda qeyd edib.

Qeyd edək ki, Qriqoru Xaçaturov KTMT-nin keçmiş Baş katibi, Ermənistan Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general polkovnik Yuri Xaçaturovun oğludur. O, Azərbaycan-Ermənistan sərhədinə Qazax rayonundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət etmiş Ermənistan ordusunun 3-cü korpusunun komandiridir. Ötən ilin iyul ayında Tovuz istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatlar daxil olmaqla, bu ərazilər boyunca əvvəllərdə baş vermiş bir sıra təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovla əlaqələndirilir.

Q. Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-Prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=39650