Qubad İbadoğludan 190 manatla bağlı hesablama: 600 min işsiz haradan tapılıb?backend

“Ölkə əhalisi birdəfəlik yardıma uyğun gəlməyənlərdən 177 664 nəfər azdır”. 

Busaat.az xəbərverir ki, bunu iqtisadçı ailm Qubad İbadoğlu işsiz kimi 190 manat yardım paketindən kənarda qalan vətəndaşlardan danışarkən deyib. İqtisadçı belə bir sual qoyub: “Bəs, belə olanda bu yardım kimlərə verilir?”

“Bildiyimiz kimi, 190 manat birdəfəlik yardım 18 yaşınadək uşaqlar, sahibkarlara, muzdlu işçilərə, aylıq müavinət alanlara, ünvanlı sosial yardım alanlara, sahibkarlara, torpaq payı olanlara, subsidiya alanlara, məcburi köçkünlərə, hərbiçilərə, məhbuslara, tələbələrə, pensiyaçılara verilmir. Bəs, belə olanda bu yardım kimlərə verilir? Onun verildiyi iddia olunan 600 min işsiz haradan tapılıb? Suallar budur. Buyurun, hesablayın.

Azərbaycanda 190 manatı almağa uyğun gəlməyənlər:

2 239 100 yaşı 15-dən az olan uşaqlar;

1 700 000 kənd təsərrüfatında çalışanlar;

1 570 000 muzdlu işçilər;

1 277 800 pensiyaçılar;

972 000 fərdi və kiçik sahibkarlar;

620 000 əlilliyi olan şəxslər;

496 557 çörək pulu alan məcburi köçkünlər;

400 400 sosial müavinət alanlar;

374 500 hərbiçilər;

340 000 ünvanlı sosial yardım alanlar;

295 700 prezident təqadçüsü olanlar;

176 723 tələbələr;

48 978 Qarabağ müharibəsi iştirakçısıları;

21 800 məhbuslar.

Cəmi: 10 237 858 nəfər.

Ölkə əhalisinin sayı: 10 060 194 nəfər.

Fərq: – 177 664 nəfər.

Beləliklə ölkə əhalisi birdəfəlik yardıma uyğun gəlməyənlərdən 177 664 nəfər azdır. Düzdür, bu siyahıda olan 1 nəfər eyni zamanda başqa kateqoriyaya da uyğun gələ bilər. Amma onların sayı milyonlarla deyil, çox olsa on minlərlədir”.

Qubad İbadoğlu qeyd edib ki, yuxardakı siyahıya avtomobili və ya əmlakı olanları daxil edilməyib: “Bildiyiniz kimi onlara da birdəfəlik yardım verilmir. Göründüyü kimi, bu siyahı da göstərir ki, tətbiq edilən məhdudlaşdırıcı normalar birdəfəlik ödənişlə bağlı manipulyasiya imkanlarını çoxaldıb”.