Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.17 $▲0.56%
  • WTI neft88.64 $▲0.44%
  • Avropa qazı (TTF)92.47 €▼1.32%
  • Təbii qaz (ABŞ)3.270 $▼1.86%
  • Qızıl3 900 $▼0.44%
  • Gümüş50.02 $▼0.46%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.75 ¢▲0.76%
  • Bitcoin69 224 $▼3.01%
  • Ethereum1 958 $▼2.96%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rayon rəhbərinin gizli çəkilmiş şəkli qalmaqala səbəb oldu

image-rayon
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov sensasion açıqlama verib. O bildirib ki, Bakalı rayonunun rəhbəri Oleq Yefimovun Sabantuy bayramı zamanı içki içərkən çəkilmiş fotoşəkli əlinə keçib.

Busaat.az  xəbər verir ki, sözügedən bayram zamanı içki içmək qadağan olunsa da, Yefimov bu qadağanı pozub.

Xabirov dərhal Yefimova ən ciddi xəbərdarlıq edib və bildirib ki, əgər bu cür hal təkrarlanarsa, o, respublikadan kənarda başqa iş axtarmalı olacaq.

“Sabantuyun alkoqolsuz bayram olması mövzusunda danışmaqdan yoruldum. Mən şəxsən bələdiyyə başçılarına xəbərdarlıq etmişəm ki, siz buna cavabdehsiniz. Ən əsası, özünüz spirtli içki içməyi düşünməyin. Bu, aldatma və ədalətsizlikdir. Yəni insanlara deyirik ki, içməsinlər, amma özümüz gizlincə içirik”, – deyə Başqırdıstan rəhbəri əlavə edib.

Qeyd edək ki, Sabantuy türk xalqlarının ənənəvi bayramıdır və yayın girməsi ilə qeyd olunur.Oxu.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140017