Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 219 $▼1.47%
  • Ethereum1 906 $▼1.10%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

Rəqibin üzünə tüpürən futbolçu cəzalandırıldı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu futbolçusu Markus Türamı cəzalandırıb.

Busaat.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Maks Eber klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Bundesliqanın 13-cü turunda “Hoffenhaym”a qarşı keçirilən oyunda rəqib komandanın futbolçusu Stefan Poşun üzünə tüpürən Türamın bir aylıq məvacibi dəyərində cərimələnəcəyini bildirib. 23 yaşlı hücumçunun aylıq maaşı təqribən 150 min avrodur.

Türam, qarşılaşmanın 79-cu dəqiqəsində Poşla girdiyi ikili mübarizədən sonra rəqibinin üzünə tüpürüb və qırmızı vərəqə alaraq meydandan qovulub. Fransız futbolçu etdiyi hərəkətə görə Poşdan və futbol ictimaiyyətindən üzr istəyib və emosional davrandığını etiraf edib.

Türamın Almaniya Futbol İttifaqı tərəfindən də sərt cəzalandırılması gözlənilir.

Qeyd edək ki, Markus Türam Fransa millisi ilə dünya və Avropa çempionu olan Lilian Türamın oğludur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=28303