Rəsmi İrəvan Qarabağla Ermənistanı birləşdirən körpünün partladılmasını TƏSDİQ ETDİ

Rəsmi İrəvan Qarabağla Ermənistanı birləşdirən körpünün partladılmasını TƏSDİQ ETDİbackend

Bir az əvvəl xəbər vermişdik ki, Qarabağı Ermənistana birləşdirən yeganə fəaliyyətdə olan yol – Gorus-Xankəndi yolu darmadağın edilib. Yolun Laçın rayonunu mərkəzinə gedən hissəsində, işğal altındakı Aşağı Sus kəndi yaxınlığında Həkəri çayı üzərindəki körpü Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları tərəfindən məhv edilib. Nəticədə Ermənistandan Qarabağa canlı qüvvə və s. təchizatı təmin edən Gorus-Xankəndi yolunda hərəkət tamamilə dayanıb.

Rəsmi İrəvan Qarabağı Ermənistanla birləşdirən körpüdə baş verən partlayışın videosunu yaymaqla informasiyanı təsdiq edib.

Busaat.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Kadrlarda mərminin Ermənistanla Qarabağı birləşdirən Akar çayının körpüsünə necə düşdüyü göstərilir. Bu barədə qondarma rejimin məlumat mərkəzi Facebook səhifəsində yazıb.

Ermənilər hazırda zədələnmiş ərazilərin bərpası üçün aktiv mühəndis işləri aparır.

konkret.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90