Robert Levandovski zədələnib və “Real Madrid”lə oyunu buraxacaq

image-robert-levandovskbackend

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski İspaniya çempionatının 23-cü turunda “Almeriya” ilə matçda zədələnib.

Busaat.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, ona sol budun biseps əzələsinin zədələnməsi diaqnozu qoyulub.

Relevo-ya görə, Levandovski təxminən iki həftə ərzində oyunları buraxacaq və İspaniya kubokunda “Real Madrid”ə qarşı oynamayacaq. Qarşılaşma martın 2-də baş tutacaq.

Cari İspaniya çempionatında Levandovski “Barselona”nın heyətində 20 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90