Ronaldo “0:3” haqda – “Bizə inanın, biz “Yuventus”uq”

Ronaldo “0:3” haqda – “Bizə inanın, biz “Yuventus”uq”backend

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo A Seriyasının son turunda evdə “Fiorentina”ya 0:3 hesabı ilə uduzduqları matç haqqında fikirlərini bölüşüb.

Busaat.az xəbər verir ki, 35 yaşlı portuqaliyalı hücumçu öz İnstaqram hesabında etdiyi paylaşımda bunları yazıb:

“Dünən zəif oyunla bir çox cəhətdən xüsusi bir il olan 2020-ci ildəki matçlarımıza yekun vurduq. Boş stadionlar, COVİD-19 protokolları, təxirə salnmış oyunlar, uzun müddətli fasilələr, çox sıx bir təqvim…

Ancaq bu, heç bir şey üçün bəhanə deyil. Daha yaxşı çıxış etmək və ardıcıl qələbələr qazanmaq üçün daha çox çalışmalı olduğumuzu bilirik. Biz “Yuventus”uq! Meydançada sadəcə kiçik bir üstünlüyü qəbul edə bilmərik.

Ümid edirəm ki, bu qısa fasilə daha yaxşı və güclü formada qayıtmağımıza kömək edəcək. Çünki mövsüm başa çatmayıb və sonda azarkeşlərimizlə qələbəni qeyd edəcəyimizə inanırıq.

Bizə inanın. Bizim sizə etibar etdiyimiz kimi siz də bizə inanın. Uğur qazanacağıq!”

Qeyd edək ki, “Yuventus” 24 xalla 4-cü, “Fiorentina” isə 14 xalla 15-ci pillədə qərarlaşıb

Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90