“Rusiya Azərbaycanın müasir hərbi üstünlüyünün fərqindədir” – Politoloq

“Rusiya Azərbaycanın müasir hərbi üstünlüyünün fərqindədir” – Politoloqbackend

“Neft -qaz gəlirləri ordumuzun güclənməsinə və Qarabağın azadlığına gətirir”.

Bunu MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Busaat.az-a açıqlamasında deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan neft gəlirlərindən güclü ordu yaradaraq işğal olunmuş əraziləri azad edir:

“Azərbaycan ordusunun arsenalında olan silahlar müasir V nəsil silahlarının alınmasına milyardlarla dollar xərcləyib. Heç bir dövlət bu silahları və birgə istehsalı bizə hədiyyə etməyib. Bu silahların hamısı neft gəlirlərindən qaynaqlanır. Ruiyadan, İsraildən, qardaş Türkiyədən bu silahları öz pulumuza almışıq. Bakı-Ceyhan neft kəmərinin 40% İsrailə gedir. Əvəzində isə bizə müasir silahlar və yerli hərbi sənayenin qurulmasına yardım etdi. Burada bütün yollar bu günə və gələcəyə- Qarabağa aparırdı. Həmçinin neft gəlirlərindən yerli müdafiə sənayesi yaradıldı, İsraillə birgə silah zavodları inşa edildi. Artıq neft pulları ilə aldığımız silahlarla biz Qarabağı azad edirik”.

Məhəmməd Əsədullazadəyə görə, neft gəlirlərimiz olmasaydı, işğal davam edəcəkdi və heç bir dövlət bizə silah hədiyyə etməyəcəkdi. Nəticədə müstəqilliyimiz olmayacaqdı:

“Məhz uğurlu enerji siyasətinin nəticəsidir ki, Avropa, ABŞ və Rusiya hazırda Qarabağ məsələsində neytrallağını qoruyur. Neft və qaz gəlirlərindən Qarabağı azad etməklə, orada yaşayışı təmin etdikdən sonra, həmin ərazilər bizə gəlir gətirəcək. Qarabağ turizm zonasıdır və orada gələcəkdə turizmin inkişafı olacaq. Həmçinin kənd təsərrüfatı üçün geniş perspektivləri var. Bundan əlavə, ölkədə içməli su problemlərimiz həll olunacaq. Nəzərə alaq ki, işğal olunmuş ərazilərimiz şirin suyun əsas mənbəyidir. Azərbaycanın aran rayonları suvarma sistemləri təmin ediləcək və ölkənin aran zonası əsas əkinçilik sahəsinə çevriləcək.

Göründüyü kimi, biz neft və qaz gəlirlərindən səmərəli istifadə etməklə, ölkəmizin ərazi bütövlüyü təmin olunması ilə yanaşı, neft asılılığına son qoyulacaq”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90