Rusiya Donetsk vilayətinin İlyinka və Petrovka yaşayış məntəqələrini ələ keçirdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Belə ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hücumları barədə məlumat verilib.
Açıqlamada, Rusiya ordusunun cəbhədə irəliləməyə davam etdiyi bildirilib:
” Son 24 saat ərzində 136 bölgədə Ukraynanın hərbi hava limanı infrastrukturuna, pilotsuz uçuş aparatlarının istehsal və saxlama sexlərinə hücumlar həyata keçirilib. Bu günə qədər 649 təyyarə, 283 helikopter, 37 mindən çox PUA, 586 hava hücumundan müdafiə raket sistemi, 19 min 577 tank və zirehli texnika, 1497 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 18 min 807 haubitsa və minaatan, 28 min 905 xüsusi təyinatlı hərbi texnika məhv edilib”.
Zeyd Bağırzadə