Rusiya FTX terror aktları hazırlamaqda şübhəli bilinən 19 nəfəri saxlayıb

image-1cb8ab5a-54c9-3ec4-bd97-a16b16db60e0_850backend

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Şimali Qafqazda terrorçuluqda şübhəli bilinən 19 nəfəri saxlayıb.

Bu barədə fevralın 17-də FTX məlumat yayıb.

Məlumata görə, onlar “Ət-Takfir val-Hicra” təşkilatının üzvüləridir.

Bildirilib ki, 2021-ci ilin fevralında Qaraçay-Çərkəz Respublikası, Krım, Krasnodar diyarı və Rostov vilayətində 19 nəfər saxlanılıb. Onlar terrorçuluğu təbliğ etməkdə, Şimali Qafqaz ərazisində təşkilat adından terror-diversiya aktları həyata keçirməyi planlaşdırmaqda ittiham olunurlar. Onlara məxsus gizli saxlanc yeri də aşkar olunub. Oradan avtomat “Kalaşnikov”, “RPK” tipli pulemyot, güllə və əldəqayırma partlayıcı, o cümlədən dağıdıcı elementlərlə birlikdə “intiharçı kəməri” aşkarlanıb.report

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki