Rusiya Misirə rekord səviyyədə taxıl tədarük edib

image-42-pic_32ratio_900x600-900x600-33378jpg-1749644233backend

2024-cü ildə Rusiya Misirə 10 milyon tondan çox taxıl tədarük edib. 

`Busaat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko məlumat verib.

Onun sözlərinə görə, Rusiya Misirə ən çox buğda ixrac edən ölkədir:

“Ötən il Rusiya Misirə 10 milyon tondan çox tədarük edib. Bu, görünməmiş rəqəmdir. Çünki dünyada heç kim belə həcmdə taxıl almayıb”.

Borisenko  Moskva və Qahirənin kənd təsərrüfatı ticarəti sahəsində əməkdaşlığı genişləndirməyə davam edəcəklərinə ümid etdiyini bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki