Rusiyanın Voronej vilayətində Su-34 təyyarəsi qəzaya uğrayıb, iki ekipaj üzvü sağ-salamat çıxarılıb, xəsarət alan olmayıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“2023-cü il sentyabrın 20-də saat 10:00 radələrində Su-34 təyyarəsi planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğradı. İki ekipaj üzvü sağ-salamat xilas olundu və yenidən aerodroma təxliyə edildi. Onlar heç bir xəsarət almayıb”, – nazirlikdən bildirilib.
Nazirliyin sözlərinə görə, təyyarə hər hansı yaşayış məntəqəsindən uzaqda düşüb. Heç bir sursat daşımırdı. İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.