“Rusiya Paşinyan gedənə və Kreml öz adamını ora otuzdurana qədər münaqişəni alovlandıracaq” –  Natiq Cəfərli

“Rusiya Paşinyan gedənə və Kreml öz adamını ora otuzdurana qədər münaqişəni alovlandıracaq” –  Natiq Cəfərlibackend

“Rusiyanın Azərbaycandan tək istəyi budur ki, Türkiyə ilə bu qədər yaxınlaşmasın, eyni zamanda “sülhməramlı” adı altında Rusiya qoşununu Azərbaycana buraxsın”.

Busaat.az xəbər verir ki, bunu humanitar atəşkəsin pərdəarxasını təhlil edən  “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli bildirib.

Moskvanın bir neçə hədəfinin olduğunu vurğulayan Natiq Cəfərliyə görə, əsas hədəflərdən biri Paşinyan və komandasının getməsi ilə bağlıdır:

“Paşinyan kimi təlxək heç öz ordusuna belə nəzarət edə bilmir, raketlərin kodları Rusiyalı zabitlərin nəzarətindədir, onların bilgisi və ya əmri olmadan Ermənistandan quş da uça bilməz.  Rusiyanın Azərbaycandan tək istəyi budur ki, Türkiyə ilə bu qədər yaxınlaşmasın, eyni zamanda “sülhməramlı” adı altında Rusiya qoşununu Azərbaycana buraxsın. Hər iki tələb qəbuledilməzdir, nəinki Qarabağa, Azərbaycanın müstəqilliyinə təhdiddir.

Bölgədə münaqişə alovlanıb, Gəncə, Tovuz, Qazax istiqamətinə təhdidlər davam etdikcə Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən bütün boru, kommunikasiya xətləri təhdid altında olur. Bu isə Kremlə çox lazımdır. Onlara “Cənub Qaz” dəhlizinin qeyri-sabit olduğunu, Avropaya qazın təminatında problemlər yaranacağını sübut etmək lazımdır. Buna görə Tovuz, Gəncə atəş altındadır, məhz buna görə BTC hədəfə gəlir. Bu təhdidi yaratmaqla, Rusiya “Şimal Axını-2” layihəsinə təzyiqləri azaldır, o layihəyə sanksiyaların tətbiqini mümkünsüz edir.

Sanki mesaj verir ki, qeyri-sabit boru xəttinə güvənməyin, “Şimal Axını-2” layihəsinə mane olmayın, yoxsa qış gələn kimi soyuqdan donacaqsınız. Şimaldan gələn ciddi təhdidi Türkiyə üzərindən gəlməsi mümkün olan güclə – NATO ilə neytrallaşdırmağın vaxtı çatıb. Yubanmadan Azərbaycan-Türkiyə Hərbi Tədris Mərkəzlərinin açılması ilə bağlı müqavilə imzalanmalı, Türkiyənin ölkəmizdə tamhüquqlu iştirakının önü açılmalıdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90