Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.87 $▼2.81%
  • WTI neft83.76 $▼1.16%
  • Avropa qazı (TTF)83.65 €▼2.14%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.95%
  • Qızıl3 770 $▼0.43%
  • Gümüş45.70 $▼0.24%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda601.00 ¢▼0.70%
  • Bitcoin64 106 $▼1.18%
  • Ethereum1 797 $▼1.42%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Rusiya “Taliban”a qarşı Tacikistandakı hərbi bazasından istifadə edə bilər - Lavrov

image-lavrov-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiya, Tacikistan və Özbəkistan Prezidentləri Əfqanıstan məsələsi ilə bağlı əlaqədədirlər”.

Busaat.az “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosdan olan həmkarı ilə görüşdən sonra mətbuat konfransında deyib. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Asiya ölkələrinin liderləri ilə daimi əlaqədədir.

XİN rəhbərinin sözlərinə görə, Rusiya, Tacikistan və Özbəkistan Prezidentləri arasında son belə danışıqlar iyulun 5-də baş tutub.

Lavrov, həmçinin bildirib ki, lazım gələrsə, Rusiya özünün Tacikistanda yerləşən 201-ci hərbi bazasının imkanlarından istifadə edəcək. O vurğulayıb ki, KTMT nümayəndələri hazırda Tacikistanla Əfqanıstan arasındakı sərhəddədirlər. Onlara vəziyyəti qiymətləndirmək, KTMT-nin daimi şurasına vəziyyət və dəyişikliklər barədə məruzə etmək tapşırılıb.

Xatırladaq ki, iyun ayının ortalarından başlayaraq Əfqanıstan və Tacikistan sərhədlərində vəziyyət gərginləşib. Bu zaman ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda talibanlar şimalda öz fəaliyyətlərini aktivləşdiriblər.

Minimal hesablamalara görə, talibanlar Əfqanıstanın 50 rayonunu ələ keçirib. Regional rəhbərliklərin məlumatlarına görə isə, bu rəqəm daha böyükdür.

Ən təhlükəlisi ondan ibarətdir ki, talibanlar Tacikistan, Özbəkistan və Türkmənistan sərhədlərində sərhəd bölgələrini, həmçinin bir neçə nəzarət məntəqələrini tutublar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51577