“Rusiya-Ukrayna münaqişəsi Avrasiya məkanı üçün bəlaya çevrilə bilər”

image-rus-uktaynabackend

“Danılmaz bir fakt var ki, Ukrayna Silahlı Qüvvələri yeni silah növləri almağa başlayıb və hərbi sənayə kompleksini inkişaf etdirirlər. Türkiyə mənbələri də bunu təsdiqləyirlər ki, Ukraynadan ünvanlı sifarişlər gəlir və Türkiyənin hərbi sənayesi məhz Kiyevdən gəlmə sifarişləri yerinə yetirir. Bu baxımdan da vəziyyət təbii ki, gərginliyə doğru gedir”.

Bu sözləri Busaat.az-a açıqlamasında politoloq Tofiq Abbasov son günlər Donbass ətrafında baş verən gərginlikləri şərh edərkən deyib.

“Rusiya televizya kanalları, xüsusən də Solovyov kimi siyasi alverçilər də anti-Ukrayna təbliğatını gücləndirməklə məşğuldurlar. Faktiki olaraq son körpüləri yandırmaqla göstərirlər ki, qarşıdurma əvvəl-axır müharibə fazasına gəlib, çıxacaq. Bu isə çox arzuolunmaz gedişatdır. Çünki Ukrayna böyük dövlətdir və Şərqi Avropanın vacib məmləkətlərindən biridir. Əgər, orda yenidən hərbi kampaniya başlasa, bir çox vacib güc mərkəzlərinin maraqlarına təsir göstərə biləcək. Belə məqamda isə heç kəs kənarda dayanmayacaq”-deyə, politoloq vurğulayıb.

image-tofiq-abbasov
Tofiq Abbasov-politoloq

O, ABŞ-ın yeni adminstrasiyasının da proseslərə reaksiyasından danışıb: “Bu yaxnlarda Bayden adminstrasiyası da bildirdi ki, onlar Ukrayna böhranına görə, Rusiya ilə müansibətləri normallaşdırmq fikrindən uzaqdılar və belə bir niyytələri də yoxdur. Rusiya da gərginliyi qabartmaqla mesaj göndərdi ki, əgər, onlarla münasibətlərdə qarşılıqlı anlaşma yaransa, gərək Ukrayna mövzusundan ABŞ kənarda dayansın və onlar da razılaşmalara qayıtsın. Lakin Rusiyanın daxilində təbliğat aparmaqla məşğul olan qrumlar, xüsusən də ermənilərin sifarişlərini yerinə yetirənlər aşıq şəkildə Rusiyadan narazı olduqlarını bildirir və buna səbəb olaraq, guya Azərbaycanla müharibədə Rusiyanın ermənilərə kömək etmədiyini göstərirlər. Bununla da həm də Rusiyadan acıq çxmaq üçün anti-Rusiya meyillərini gücləndirirlər ki, bəs, Ukrayna bu qarşdırumada qubandır və ona görə də Ukraynaya dəstək vermək lazmdır”.

“Ona görə də Rusiya siyasi elitası, xüsusən də Kreml rəsmi olaraq bu məsələləri düzgün dəyərləndirməlidir. Məsələn, son günlər baş verən adi bir nüansa diqqət yetirək. Belə ki, Ukrayna Prezidenti Zelenski vaksin vurdurandan sonra onun ünvanına çox sayda iftiralar, təhqirlər və sarkazmlar ünvanlandı ki, yarıçılpaq şəkildə vaksin vurdurur. Yəni, məsələni nifrət predmetinə çevirdilər. Halbuki, bir neçə il bundan əvvəl Vladimir Putin də atın üstündə yarıçılpaq şəkil çəkdirmişdi. Yəni, bilərəkdən elə məkrli yanaşma ortaya qoyurlar ki, peosslərə mənfi təsi göstərsinlər. Ona görə də vəziyyət gərgin olaraq qalır və müharibəyə doğru meyillənmə irəliləyir. Düzdür, iki ölkə arasında ara-sıra gərginlik qığılcımı yaransa da, hesab edirəm ki, Rusiya bu məsələlərin hamsını diqqətdə saxlayır. Lakin bu kiçik qığılcım genişmiqyaslı əməliyyatlara çevrilsə, Avrasiya məkanı üçün çox böyük bəlaya çevrilə bilər. Çünki itkilər və dağıntılar çox olacaq, regiona birbaşa təsir edəcək. Ona görə də gərək ki, belə məqamda diplomatiya öz sözünü desin”-deyə, siyasi şərhçi fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki