Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft87.84 $▼5.01%
  • WTI neft81.41 $▼3.93%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.336 $▲5.50%
  • Qızıl3 748 $▼1.02%
  • Gümüş44.97 $▼1.84%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.25 ¢▼2.81%
  • Bitcoin62 641 $▼3.44%
  • Ethereum1 751 $▼3.93%
  • S&P 5007 318▼0.31%
10°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Rusiya Vaşinqtondakı səfirini Moskvaya çağırdı

image-sefir
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Prezidenti Co Baydenin Rusiyanın dövlət başçısı Vladimir Putin haqqındakı açıqlamasından sonra ölkənin Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Antonov Moskvaya çağırılıb.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıqlayıb.

“Səfir fikir mübadiləsi və ABŞ-la münasibətlərdə nələr ediləcəyini, haraya gediləcəyini təhlil etmək üçün Moskvaya çağırılıb”, – Baydenin Rusiya liderini “ABŞ seçkilərinə müdaxiləyə görə “cəza çəkəcəyini” söyləməsi barədə yazılı açıqlamasında M.Zaxarova deyib.

“Bayden administrasiyası 100 günü yaxında tamamlayır. Bu da Bayden komandasının hansı mövzularda qənaətbəxş olub-olmadığını təhlil etmək üçün səbəbdir”, – Zaxarova əlavə edib.

Rusiya XİN sözçüsü vurğulayıb ki, Vaşinqtonun son illər gərginləşdirdiyi və gərgin olan Rusiya-ABŞ münasibətlərini düzəltmək üçün yolların müəyyənləşdirilməsi vacibdir:

“Əgər amerikalılar bununla bağlı risklərin fərqindədirlərsə, əlaqələrin geri dönüşü olmayan şəkildə pozulmasını əngəlləməkdə maraqlıyıq. Bu məsələlər barədə XİN-dəki və digər əlaqədar qurumlardakı müzakirələrdə səfirlə fikir mübadiləsi aparılacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=40772