Rusiya XİN-dən Zelenskinin açıqlamalarına SƏRT REAKSİYA

image-9backend

ZELENSKİDƏN QƏLƏBƏ GÜNÜ TƏHLÜKƏSİ!

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna lideri Volodimir Zelenskinin 9 May – Qələbə Günü ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Busaat.az xəbər verir ki, Zaxarova Zelenskinin Rusiyanın elan etdiyi 72 saatlıq atəşkəs təklifini “teatr tamaşası” adlandıraraq rədd etməsini və Moskvadakı tədbirlərdə iştirak edəcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verilməyəcəyi ilə bağlı sözlərini təhdid kimi qiymətləndirib.

“Bu gün o, yeni bir səviyyəyə çatdı – artıq həmin müqəddəs gündə keçiriləcək paradlara qatılacaq veteranların fiziki təhlükəsizliyini təhdid edir”, – deyə Zaxarova bildirib.

Rusiya rəsmiləri Zelenskinin bu mövqeyini Kiyev rejiminin “neonasist mahiyyətinin” sübutu kimi təqdim edirlər. Kremlin sözçüsü Dmitri Peskov isə bəyan edib ki, Rusiyanın atəşkəs təklifi Kiyev üçün bir “sınaq”dır və onu rədd etmək rejimin ideoloji əsaslarını göstərir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən mayın 7-də elan olunan atəşkəs 72 saatlıq idi. Lakin Ukrayna bu təklifi qəbul etməyərək əvəzində 30 günlük ümumi atəşkəs tələb edib.

Xatırladaq ki, oxşar birtərəfli atəşkəs aprel ayında Pasxa bayramı dövründə elan olunmuşdu və Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, o zaman atəşkəs Ukrayna tərəfindən 3900-dən çox dəfə pozulmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki