Rusiyada erməni həkimlə bağlı xəstəxana rəhbərliyinə MÜRACİƏT

Rusiyada erməni həkimlə bağlı xəstəxana rəhbərliyinə MÜRACİƏTbackend

Məlum olduğu kimi, işğalçı Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2 radələrində Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub. Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı binaya düşüb. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həlak olub, 30-dan çox şəxs yaralanıb, infrastruktura külli miqdarda ziyan dəyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, hadisə ilə bağlı Sankt-Peterburq Dövlət Büdcə Səhiyyə Təşkilatı “Nikolayevskaya Xəstəxanası”nda ultrasəs həkimi işləyən Marqaryan Yekaterina Muşeqovna sosial şəbəkələrdə paylaşım edərək azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədib və dinc əhalinin xəsarət almasına sevincini ifadə edib.

Buna etiraz əlaməti olaraq Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Azərbaycan milli-mədəni muxtariyyəti”nin Gənclər İttifaqının sədri Elman Manafov adı çəkilən tibb müəssisəsinin rəhbərliyinə yazılı müraciət göndərərək yuxarıda qeyd edilən həkimin hərəkətlərindən ölçü götürülməsini tələb edib.

Xəstəxana rəhbərliyi “Azərbaycan milli-mədəni muxtariyyəti”nin Gənclər İttifaqına cavab məktubu ilə bildirib ki, hadisəni qətiyyətlə pisləyir və bu cür hadisələri yolverilməz hesab edir.

Məsələnin araşdırılması və Marqaryan Yekaterina Muşeqovnanın hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə xəstəxanadan Sankt-Peterburq şəhərinin Petrodvorets rayon prokurorluğuna rəsmi müraciət edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90