Rusiyadan Ermənistana KTMT təklifi: Ən düzgün qərar…

image-ermenbackend

Ermənistanın Qərbə meyl etməsi Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri ilə ümumi müdafiə məkanı yaratmaq üçün birgə səyləri mümkünsüz edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS” müsahibəsində deyib.

Onun sözlərinə görə, İrəvan Qərbin əməkdaşlığının, o cümlədən təhlükəsizlik sferasının gücləndirilməsində güclü maraq göstərdiyi situasiyadan istifadə etməyə çalışır.

“Ermənistan üçün ən düzgün qərar KTMT-də tam hüquqlu iştiraka qayıtmaq olardı, çünki bu, daha çox erməni xalqının maraqlarına cavab verəcək və Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına kömək edəcək”, – deyə Qaluzin qeyd edib.

“Qərb postsovet məkanında gərginliyin artmasından faydalanır, çünki o, faktiki olaraq burada təhlükəsizliyin mərkəzi qarantı olaraq qalan Rusiyanı zəiflətməyə çalışır”, – Qaluzin fikrini yekunlaşdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki