Rusiyalı politoloq: “Paşinyan Qərbin tapşırıqları ilə hərəkət edir” – MÜSAHİBƏ

Rusiyalı politoloq: “Paşinyan Qərbin tapşırıqları ilə hərəkət edir” – MÜSAHİBƏbackend

Moskvaya səfəri zamanı Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan rusiyalı jurnalistlərlə görüşüb və görüş əsnasında İrəvanın çoxvektorlu xarici siyasətinin Ermənistan siyasətindəki payını təsdiq edib. Söhbətin iştirakçısı olan rusiyalı jurnalist və tarixçi Armen Qasparyanın qeyd etdiyi kimi, onun gözləri önündə Minskin çoxvektorlu xarici siyasətinin nümunəsi var, bu da ölkədə sürətlə artan böhrana səbəb olub.

Rusiyalı jurnalistlərin diqqətini çəkən digər maraqlı məqam isə Bakının mövqeyinin Rusiya mediasında yayılması ilə bağlı məyusluqdur. “Bu, cənab nazir, Rusiya KİV-lərində Ermənistandan fərqli baxış bucağının olmasıdır və bu, pisdir ki?”, – deyə rusiyalı jurnalist Giya Saralidze maraqlanıb.

Media.Az “PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkovdan məsələyə münasibətini öyrənib.

– İrəvan yenidən çoxvektorlu xarici siyasətə sahib olduğu elan edərək, bir neçə masa arxasında əyləşməyə cəhd edir…

– Ermənistan xarici işlər nazirinin “çoxvektorlu xarici siyasət” anlayışı ilə nə demək istədiyini anlamaq lazımdır. Məsələn, Azərbaycan uğurla belə bir siyasət yürüdür və müxtəlif dünya ölkələri ilə yaxşı əlaqələr saxlayır…

– …Və Azərbaycanın, Ermənistanın malik olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ya Avrasiya İqtisadi Birliyi çərçivəsində müttəfiq öhdəlikləri yoxdur.

– Bu, belədir və səbəbini bilirik, bu, elə Ermənistanın özüdür. Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə sıx əlaqələr saxlayır, Avropa İttifaqına daxil olan ölkələrlə əməkdaşlıq edir. Və bu həqiqi mənada çoxvektorlu xarici siyasi yanaşmadır, çünki Azərbaycanın başında savadlı insanlar dayanır.

Ermənistan isə tamamilə fərqli yanaşma nümayiş etdirir. Müstəqil xarici siyasət aparmaq olar, amma bu yanaşma bu və ya digər birinə satılmaq demək deyil. Eyni zamanda, mən Ermənistanı Nikol Paşinyan və onun komandasından ayırardım. Hərbi əməliyyatlar Paşinyanın siyasətinin nəticəsi oldu.

Ermənistanın baş naziri əvvəlki “Madrid prinsipləri” və “Kazan formulu”na əsaslanaraq, əldə olunmuş razılaşmalara əməl etsəydi, bu, olmazdı. Bu qədər insan ölməzdi, sistemli şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması baş verərdi, Ermənistan iqtisadi blokadadan çıxardı.

Aydın məsələdir ki, Paşinyan Qərbin tapşırıqları ilə hərəkət edir, KTMT-nin fəaliyyətinə destruktiv yanaşmağa çalışır. İndi də KTMT-nin münaqişəyə müdaxilə etməsi üçün çağırışlar edilir, halbuki Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatların Ermənistan ərazisində aparılmadığını açıq şəkildə bildirib.

– Həmçinin, Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Bakının mövqeyinin Rusiya mediasında yayılmasından şikayətlənir.

– Müşahidələrimə görə, Rusiya KİV-lərində İrəvanın mövqeyi üstünlük təşkil edir. Ermənistanın inciməyə səbəbi yoxdur. Yoxsa onlar Rusiyanın informasiya məkanını tamamilə təmizləmək istəyirlər? Bunun işə yarayacağı ehtimalı azdır. Ümumiyyətlə, Rusiya bütün tərəflərə danışmaq imkanı verir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90