Rusiyanın uğursuzluğunun səbəbləri: “Ukrayna peşəkar, Rusiya yeni əsgərlərlə döyüşür” – ÖZƏL

image-3514023_620x410backend

Xəbər verdiyimiz kimi, Ukrayna və Rusiya arasında yaşanan müharibə son günlər şiddətli hal alıb. Xüsusilə Ukrayna ordusunun əks hücuma keçməsi ilə müharibə yeni mərhələyə qədəm qoyub.

Son günlər isə, Ukrayna ordusu təzyiqi artıraraq Rusiya tərəfinin işğal etmiş olduğu bir çox əraziləri işğaldan azad edib. Bu hal dünya gündəmində ciddi marağa səbəb olub və artıq bir çox ekspertlər Ukrayna tərəfinin müharibənin gələcəyini öz xeyrinə dəyişdiyi istiqamətində fikirlər səsləndirir.

Bu barədə hərbi ekspert Səxavət Məmməd fikirlərini Busaat.az-a bölüşüb:

“Ukrayna Rusiya müharibəsinin şiddəti hər keçən gün daha da artır. Bunun tək səbəbi var. Hər iki tərəfin siyasiləri bilir ki, sonunda masa arxasında oturmalı olacaqlar, ona görə də, hərbi rəhbərlikdən tələblərini artırırlar. Məsələ ondadır ki, siyasi rəhbərlərin tələblərini hərbiçilər hər zaman qarışlaya bilmir. Ona görə də, tərəflər savaş meydanında daha çox itki vermək məcburiyyətində qalırlar.

Orduların gücü və hazırki vəziyyəti məlumdur. Hər iki tərəfin ordusunun birinci eşalon qüvvələri demək olar ki, sıradan çıxıb. Bu o deməkdir ki, ordular verilən əmrləri, qarşıya qoyulan tapşırıqları yerinə yetirmək iqtidarında deyil. Məsələ ondadır ki, Rusiya tərəfinin istəkləri daha çoxdur. Ancaq ordunun buna adekvat davranması mümkün deyil. Hər iki tərəfin ordularının əsas qüvvələri ilk iki ayda istifadə edilib. Ukrayna tərəfi bunu Avropada, NATO təlim mərkəzlərində hərbçilərini təlimlərə cəlb edərək qarışlayır. Rusiyada isə bu sahədə vəziyyət çox acınacaqlıdır. Birinci eşalon, ikinci eşalon qüvvələri sıradan çıxır. Onların yerinə hazır döyüşçülər cəlb etmək yerinə, elan edilməmiş səfərbərliklə cəlb edilənləri yerləşdirirlər. Bu da heç vaxt effekt verə bilməz. Təlim görmüş, ən əsası döyüş görmüş əsgər ilə yeni əsgər arasında yerlə göy qədər fərq var.

Bütün bunları nəzərə alanda Rusiya tərəfinin uğursuzluğu məntiqi nəticədir. Ukrayna ordusu təlim görmüş hərbçilərini önə xəttə çıxarıb, onların qarşısında dayanan güc isə sadəcə əlində silah olan insanlardır.

Ukrayna tərəfi hücum tempini bir qədər də artıra bilər. Nəzərə almaq lazımdır ki, lend-liz qanunu oktyabr ayında qüvvəyə minəcək. Bundan sonra Ukraynanın gücü daha da artacaq.

Rusiya tərəfi hər nə qədər uğursuzluğa düçar olsa da, gözümüzdə çox da kiçiltməmələyik. Nəzərə almaq lazımdır ki, Rusiyanın nüvə və atom silahları var. Bu cür silahın varlığı hər zaman təhdiddir.

Hesab edirəm ki, Ukrayna tərəfi hücumlarına ara verməyəcək. Bunun sonda nə ilə nəticələnəcəyini demək mümkün deyil. Çünki müharibə tərəfləri Rusiya və Ukrayna olsa da, Ukraynaya “irəli” deyənlərin nə vaxt “dur” deyəcəyi önəmlidir. Bu müharibədə qərar verən tərəf nə Ukraynadır, nə də Rusiya. “Qələbə”yə qərarını Qərb və ABŞ qərar verəcək.

Busaat/az Həşim Səhrablı

image-2d247e3b-7ea6-4ff9-b767-58af896c5e2c

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90