“Rusiyaya görə Suriyada vəziyyət daha gərgindir” – Britaniyalı nazir

image-kapak_171625backend

Böyük Britaniyanın inkişaf naziri Endryu Mitçel Kahramanmaraşdakı dağıdıcı zəlzələlərdən sonra Suriyaya humanitar yardımın çatdırılmasının “çətin” olduğunu bildirib.

Busaat.az xəbər  verir ki, Endryu Mitçel Türkiyədə “yaxşı təşkilatlanma” olduğunu və İngiltərənin dərhal “birinci dərəcəli avadanlıqla” 77 axtarış-xilasetmə mütəxəssisini göndərdiyini bildirib.

Sky News-a danışan Mitçel deyib ki, beynəlxalq ictimaiyyət Suriyaya yardımdan “çox narahatdır”.

Mitçel, “Biz BMT-yə açıq olan yeganə qapıdan keçə bildik, lakin o qapı özü də zəlzələdə böyük ziyan gördü. Rusiyanın vetosuna görə BMT Türkiyədən Suriyaya gedən digər 3 qapıdan istifadə edə bilmir, ona görə də əsl problem Suriyadadır”, – deyə qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90