Sadıxovla döyüşdə Bonfim favoritdir

image-untitled-1_02jpg-1733836602backend

Azərbaycanlı Nazim Sadıxovla fevralın 15-də Las-Veqasda keçiriləcək döyüşdə braziliyalı İsmael Bonfim favorit hesab olunur.

Busaat.az idman.biz-ə istinadla xəbər verir ki, bu, səkkiz qarşılaşmanın keçiriləcəyi “UFC Fight Night” gecəsinin əsas görüşü olacaq.

Bonfim MMA-da 24 döyüş keçirib, onlardan 20-də qalib gəlib. Sadıxovun isə 11 döyüşü var. Onlardan 9-u qələbə, 1-i heç-heçə və digəri məğlubiyyətlə başa çatıb.

Qeyd edək ki, Sadıxov sonuncu görüşünü ötən il noyabrın 11-də Nyu-Yorkda “Madison Square Garden”də rusiyalı Vyaçeslav Borşevə qarşı keçirib. Üç raundluq qarşılaşmanın sonunda hakimlər heç-heçə qeydə alıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki