Şagird sıxlığı çox olan siniflər bölünəcək?

Şagird sıxlığı çox olan siniflər bölünəcək?backend

Ölkədə fəaliyyət göstərən 4409 məktəbdən 182-də 1500 şagird təhsil alırsa, digərlərində bu say aşağıdır.

Busaat.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 253-dən çox məktəbdə şagird sayı 200-dən aşağıdır: “338 sinifdə şagird sayı 40-dan yuxarıdır. Bu siniflərdə şagird sayının 3-ə bölünməsi sualı var. Şagird sayı 30 nəfərdən az olan siniflər 90,3 faiz təşkil edir. Bu məktəblərdən böyük qismi Bakıda qəsəbədaxili məktəblərdir”.

O qeyd edib ki, sanitar-gigiyenik normalara riayət olunması istiqamətində işlər gedir: “Müəllimlərin üz sipərindən istifadəsi, şagirdlərin maskadan istifadəsi, temperaturlarının ölçülməsi və valideynlərlə informasiya mübadiləsinin aparılması müzakirə olunur. Hər bir şagirdə koronavirusla bağlı məlumat xarakterli kitabçalar veriləcək”.

Təhsil naziri əlavə edib ki, bufetlərdə də müvafiq tələblərin müəyyən edilməsi planlaşdırılır: “Böyük ehtimal soyunub-geyinmə otaqlarının şəraiti imkan vermirsə, bədən tərbiyəsi dərslərinin keçirilməməsi düşünülür. Eyni zamanda bufetlərin də fəaliyyətində məhdudiyyətlər ola bilər”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90