Sanki demokratiya cihadı edirlər… – Deputat

image-172180738786390056766a0b21b9a86bjpg-1733815990backend

“Bu gün dünyada harda qan tökülürsə, demokratiya və insan haqları adına edilir. Harda işğal və təcavüz varsa, bu adla pərdələnir. Amma gəl ki, saxtakar Qərb informasiya maşını və Azərbaycandakı tör-töküntüləri bu məsələni elə təqdim edirlər, sanki demokratiya cihadı edirlər”. 

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Gündəmə yeni bir siyasi məhbus tandeminin atıldığını deyən deputatın sözlərinə görə, bir insanın jurnalist və ya siyasətçi olması ayrıcalıq sayılmamalıdır:

“Jurnalist, yaxud siyasətçi olmaq niyə ayrıcalıq sayılmalıdır? “Meydan TV” kimi muzdlu bir şəbəkənin qanunsuz əməllərinə onlar jurnalistdir deyib göz yummalıyıqmı?

Yaxud kimsə Qərbin tezislərini facebook səhifəsində paylaşmağı siyasi fəaliyyət kimi təqdim edəcəksə, həmin şəxs barəsində bütün əsaslı şübhələri kənara qoyaq ki, kişi siyasətçidir?

Son vaxtlar bəzi Qərb səfirləri bu prosesdə aktivləşib, amma 30 il,  milyon yarım azərbaycanlının haqqını görməzdən gələnlər hansısa vətəndaşın müdafiəsində nə qədər səmimi ola bilər?”

Qeyd edib ki, bu gün, insan hüquqlarının ən səmimi müdafiəçisi 1 milyon məcburi köçkünün təməl haqlarını bərpa etmiş, 350 minlik Qərbi Azərbaycanlının haqlarının müdafiəsinə qalxan, dünyada vaksin millətçilyinin qarşısını alan, müstəmləkəçiliklə mübarizəyə liderlik edən Azərbaycan və onun prezidenti cənab İlham Əliyevdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki