Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona İstiqlal ordenini təqdim edib.Busaat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***11:23Xalq artisti Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib.Busaat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Şəfiqə Haşım qızı Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.