“Şəhərlərimizi “ağıllı şəhərlər”ə çevirməliyik” – Ərdoğan

image-erdoghanbugunbackend

“Qarşıdakı dövrdə yeni texnologiyalardan və innovativ yanaşmalardan istifadə edərək şəhərlərimizi “ağıllı şəhərlər”ə çevirməliyik”.

Busaat.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (keçmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – red.) dövlət başçılarının İstanbulda keçirilən 8-ci zirvə görüşündə çıxışı zamanı deyib.

““Yaşıl zona”nın genişləndirilməsinə yönələn birgə layihələr qəbul etməliyik. İşğaldan azad edilən Zəngilanda başladılan “ağıllı şəhər”in inşası ilə bağlı işlər təqdirəlayiqdir”, – deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, hazırda Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi üzrə inşaat işləri aparılır. Azərbaycanın “AS Group” şirkəti Zəngilandakı “Ağıllı kənd”in konsepsiyasından başlayaraq layihələndirmə, tikinti, kənd üçün ağıllı həllər, alternativ enerji mənbələrindən istifadə, yeni istehsal sahələrinin yaradılması daxil tam təhvil verilməsi üzrə işləri yerinə yetirir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90