“Setyen işindən azad olundu”- Xosep Bartomeubackend

“Barselona” baş məşqçi Kike Setyeni istefaya göndərib. 

Busaat.az xəbər verir ki, bunu klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında deyib. O, “Setyen işindən azad olundu” deyə qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar ayından Setyenin rəhbərliyi altında çıxış edən “Barselona” İspaniya La Liqasında mövsümü 2-ci pillədə başa vurub. Komanda Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya biabırçı şəkildə uduzaraq (2:8) turnirlə vidalaşıb.

Sportfan.az