Səudiyyə Ərəbistanı neft hasilatının sutkada 1 milyon barel könüllü azaldılmasını 2023-cü ilin sonuna qədər uzatmaq qərarına gəlib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Energetika Nazirliyindəki rəsmi mənbə bildirib.
Daha əvvəl könüllü ixtisar ilkin olaraq iyul ayına, daha sonra avqust və sentyabr aylarına qədər uzadılıb. Eyni zamanda, bildirilib ki, hasilatın azaldılması qərarı hər ay nəzərdən keçiriləcək.