“Şimal axını” xəttində təxribat aşkar edildi – RƏSMİ

image-denmark-sweden-russia-energy-gas-leakbackend

İsveç “Şimal axını” qaz kəmərlərində sızmalarla bağlı aparılan təhqiqat zamanı təxribat aşkarlandığını açıqlayıb.

Busaat.az xəbər verir ki, hadisə ilə bağlı ilkin istintaqa rəhbərlik edən prokuror Mats Ljungqvist keçirdiyi mətbuat konfransında hadisənin mürəkkəb və əhatəli olduğunu, tapıntılarda təxribat izlərinə rast gəlindiyini bildirib.

Ljungqvist, analizlərin aparıldığı yerdə çox sayda partlayıcı maddə tapdıqlarını ifadə edib: “Biz bunları sənədləşdirmişik və geniş təhlillər daha etibarlı nəticələr əldə etməyimizə imkan verəcək”.

Ljungqvist davam edən araşdırmalardan sonra gələcəkdə partlayışla bağlı kiminsə günahkar olub-olmamasının üzə çıxacağını bildirib.

Qeyd edək ki, Danimarka və İsveç yaxınlığında Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində 4 sızma olduğu bildirilib və gəmilərin “bölgəyə yanaşmaması” ilə bağlı xəbərdarlıq edilib. Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətlərin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib. Aİ həmçinin qeyd edib ki, boru kəmərlərində qaz sızması təsadüfi deyil, düşünülmüş hərəkətin nəticəsidir. İsveç Kəşfiyyat Xidməti (SEPO) hadisə ilə bağlı araşdırmalara başlayıb. Danimarka Enerji Agentliyi “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində qaz sızmasının dayandığını açıqlayıb. Rusiyanın enerji şirkəti “Qazprom” da boru kəmərlərində təzyiqin normallaşdığını və sızmaların sona çatdığını açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90