Şimali Koreya ABŞ və Cənubi Koreyanı nüvə silahı ilə HƏDƏLƏDİ

image-nuvebackend

Şimali Koreya ABŞ-nin Cənubi Koreya və Yaponiya ilə keçirdiyi təlimləri pisləyib və üç ölkəyə “nüvə qüvvəsi ilə üz-üzə olduqları” barədə xəbərdarlıq edib.

Busaat.az bu barədə Şimali Koreyanın dövlət mediası KCNA-ya istinadən xəbər verir.

Məlumata görə, Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi təlimlərini “təxribat” kimi qiymətləndirib və Vaşinqton və Seula “nüvə qüvvəsi ilə üzləşdikləri” barədə xəbərdarlıq edib:

“Birləşmiş Ştatlar və onun peykləri (Cənubi Koreya və Yaponiya nəzərdə tutulur – red.) unutmamalıdırlar ki, onların üzləşdiyi dövlət real nüvə zərbəsi vurmaq qabiliyyətinə malikdir və xalqımız və ordumuz boş sözlərə fikir vermir”.

Bəyanatda, həmçinin qeyd olunub ki, əgər ABŞ və müttəfiqlərinə heç bir təsir göstərilməsə, Pxenyanın nüvə silahından necə istifadə ediləcəyi “tamamilə aydındır”.

Şimali Koreya həm ABŞ və Cənubi Koreyanın mart ayında keçirdiyi hərbi təlimi, həm də Yaponiyanın iştirakı ilə planlaşdırılan təlimi pisləyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90