Şimali Koreya müdafiə məqsədi ilə raket sınaqlarını davam etdirir – Pxenyan

image-hyunmoo_2a-1backend

 Pxenyan raket sınaqlarını təxribat kimi qiymətləndirən BMT Baş katibinə cavab verib.

Busaat.az xəbər verir ki, bu barədə Çin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat verib.

Məlumata görə, Şimali Koreyanın beynəlxalq təşkilatlar üzrə Xarici İşlər nazirinin müavini Kim Son Gyong BMT-nin Baş katibi Antonio Quterreşin ölkəsinin raket sınaqları ilə bağlı tənqidlərini pisləyib.

Kim Quterreşin ölkəsini tənqid etməsini ədalətsiz və qərəzli adlandırıb və raket sınaqlarının ABŞ-ın təxribatına qarşı müdafiə xarakterli olduğunu bildirib.

Digər tərəfdən Kim Rusiyaya silah dəstəyi verdikləri iddiasını rədd edərək, gələcəkdə də belə bir planının olmadığını bildirib.

Qeyd edək ki, Birləşmiş Ştatlar Şimali Koreyanın Ukraynada istifadə etməsi üçün Rusiyaya külli miqdarda artilleriya mərmisi verdiyini iddia edib.

Əlavə olaraq, Cənubi Koreya və ABŞ-ın altı günlük hərbi təliminə cavab olaraq Pxenyan noyabrın 2-dən noyabrın 5-dək 80-dən çox raket atıb və Şimali Koreya hava qüvvələri təlimlər keçirib.

Cənubi Koreya və ABŞ hesab edir ki, Pxenyan nüvə raketlərini sınaqdan keçirmək üçün texniki hazırlıq işləri aparır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90