Şimali Koreya sualtı qayıqlar vasitəsilə ballistik raketlər buraxmağa hazırlaşır – İDDİA

image-koreyabackend

Cənubi Koreya Şimali Koreyanın sualtı qayıqlardan ballistik raketlər (SLBM) buraxmağa hazırlaşdığını bildirib.

Busaat.az xəbər verir ki, bu barədə məlumat Cənubi Koreya dövlət rəhbərliyi tərəfindən verilib.

Yonhap agentliyi Cənubi koreyalı yüksək çinli hərbi məmurun açıqlamalarına yer verib. Açıqlamada məmurun Şimali Koreyadan mümkün raket təhlükəsinə qarşı səsləndirdiyi fikilər diqqət çəkib: “Şimali Koreyanın dənizaltı qayıqlardan atılan raket texnologiyaları və onların fəaliyyətləri tərəfimizdən izlənilir”.

Qeyd edək ki, Şimali Koreyanın ballistik raketlərin yoxlanılması barədə qərarı ABŞ-ın ən böyük təyyarə gəmisi Ronald Reyganın Cənubi Koreya ilə birlikdə təşkil ediləcək hərbi təlimlərdə iştirakı üçün yarımadaya gəlişi ilə üst-üstə düşüb. Bu dünya ictimaiyyətinin diqqətini çəkib.

Əlavə edək ki, rəsmi Pxenyanın bu günə qədər 7-ci, 2017-ci ildən sonra ilk dəfə ballistik nüvə raketinin istifadəsinə cəhd etməsi beynəlxalq ictimaiyyətdə narahatlıqları artırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90