“Sipark” İnşaat Şirkətinin Təbriz küçəsindəki sərgüzəştləri – ŞİKAYƏT

“Sipark” İnşaat Şirkətinin Təbriz küçəsindəki sərgüzəştləri – ŞİKAYƏTbackend
Azərbaycan Gənclər Parlamentinin Məşğulluq, karyera və sosial siyasət komitəsinin sədr müavini Vəli Quliyev özünün sosial şəbəkə hesabında Sipark İnşaat Şirkətinin yarıtmaz fəaliyyətini pisləyən durum paylaşıb.

Sfera.az sözügedən durumu oxucularına təqdi edir:

“Sipark” İnşaat Şirkəti Təbriz küçəsindəki pilot layihəsini icra etmir. Ərazidə yaşayan sakinlərlə müqavilə öhdəliyi olan Sipark İnşaat Şirkəti (red. əsl adı “Evrostroy-S.S MMC”-di) 2.2.5-ci (red. 20 ay ərzində binanın tikilib sakinlərə təhvil verilməsinə dair öhdəlik) maddəni pozub.

6 bloklu, 16 mərtəbəli binanın 2017-ci ildən yalnız 3 blokunda 14-cü mərtəbəyə qədər tikinti aparılıb.Yerdə qalan 3 blokun tikintisi isə hələ də başlamayıb.

Şirkət müqaviləni pozduğuna görə sakinlərin dəfələrlə Nərimanov Rayonu İcra Hakimiyyətinə və digər müvafiq qurumlara şikayət etməsinə baxmayaraq, bu gün də tikinti ya çox zəif aparılır, ya da heç aparılmır. Həmin ərazinin yaxınlığında yerləşən digər pilot layihələrdə tikinti tam sürətlə davam edir və çox güman ki, bu ilin sonunda onlardan bir neçəsi artıq sakinlərə təhvil veriləcək.”

 

Sözügedən pilot layihədə mənzil gözləyən şikayətçi həm öz adından, həm də onunla birgə həmin binada mənzil sahibi olacaq qonşları adından Sipark İnşaat Şirkətinə müraciət edir: “Tikintini icra edə bilmirsinizsə, layihəni başqa bir şirkətə təhvil verin, inşaatı onlar davam etdirsinlər.

Sizə görə biz ömrümüzü kirayələrdə keçirib, kirayələrdə ölməliyik?! Karantin bitdikdən sonra, Prezident Aparatı qarşısında etirazlara başlayacağıq. Dünən qonşularımızdan biri stress və əsəbdən dünyasını dəyişdi. . Bundan əvvəl də neçə qonşumuz eyni səbəbdən vəfat edib.”

Sfera. az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90