“Siyasi “atəşkəs müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq” – AÇIQLAMA

“Siyasi “atəşkəs müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq” – AÇIQLAMAbackend

“Bu pauza 26 ildir sürən atəşkəs rejimindən deyil: “Müzəffər ordumuzun hərbi qələbələri Ali Baş Komandana bağlı qapılar arasında gedən və silahlı savaşdan daha amansız olan diplomatik müharibəni də ölkəmizin xeyrinə təsbit etməsi üçün əvəzsiz üstünlüklər qazandırır”.

Busaat.az xəbər verir ki, bu fikiləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “müvəqqəti humanitar atəşkəs” razılaşmasını şərh edərkən deyib..

Zahid Oruc bildirib ki, müstəqilliyimizin 29-cu ilində “əsir torpaqlar”ımızın işğaldan qurtulması xalqımızın azadlığının və istiqalılın da bütövləşməsinə yol açdı: “Çünki dünya birliyi tərəfindən tanınan sərhədlərimiz daxilində bütün coğrafiyası üzrə öz müqəddaratını təyin edə bilməyən xalq məhz azərbaycanlılar idi”.

Z.Oruc deyib: “Ona görə də Azərbaycan Demokratik Respublikasının da yaranmasını nəzərə alsaq, bu sayca 3-cü müstəqillik mərhələsidir ki, millətimizə məxsus olan torpaqların hamısında dövlət bayrağımızın dalğalanması üçün tarixi şans yaranıb. Əgər erməni tərəfi gecə saat 00.00 dan elan olunan, sırf əsir və cəsədlərin dəyişdirilməsi məramına xidmət edən humanitar pauzanı, Qırmızı Xaç Cəmiyyətinin qısa müddətdə həyata keçirəcəyi missiyanı toparlanmaq və itirilmiş ərazilərin qaytarılması üçün fürsət kimi dəyərləndirəcəklərsə, onda rəşadətli Ordumuz “Zəfər Yürüşü”nü davam etdirəcək və atəşin davamlı olaraq kəsilməsi üçün “sülh müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq!”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90