SON DƏQİQƏ: Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə ÇAĞIRDI

image-mudafienbackend

“Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir”.

Bu barədə Busaat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur” – nazirlikdən bildirilib.

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90