SON DƏQİQƏ! Türkiyə ordusunun olduğu ərazi bombalandı – Çox sayda ölü və yaralı var

image-suriye-nin-kuzeyine-pes-pese-balistik-fuze-13972528_6446_o-1backend

Ötən gecə Türkiyə ordusunun nəzarətindəki Suriyanın Əl-Bab və Cerablus bölgələrinə ballistik raketlərlə zərbələr endirilib.

Busaat.az xəbər verir ki, Türkiyə sərhədinə yaxın olan Cerablusun raketlərlə hədəfə alınması nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Bildirilir ki, ərazidəki Hamiran neftçıxarma mərkəzi hədəf alınıb və buradakı neft çənləri alovlanıb.

Cerabusa edilən hücumdan 10 dəqiqə sonra isə Əl-bab bombalanbıb. Hələbə bağlı olan ərazinin bombalanması nəticəsində insan itkisi olmayıb.

Suriya Milli Ordusu hücumun Rusiya tərəfindən həyata keçirildiyini və şəhərlərin ayrı-ayrı bazalardan açılmış atəşlə vuruduğunu bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90