SON DƏQİQƏ:Gürcüstanda azərbaycanlı və ermənilər arasında növbəti qarşıdurma olub

SON DƏQIQƏ:Gürcüstanda azərbaycanlı və ermənilər arasında növbəti qarşıdurma olubbackend

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində yerli azərbaycanlı və ermənilər arasında qarşıdurma olub.

Busaat.az xəbər verir ki, hadisəyə kəndin polis idarəsində işləyən erməni əsilli əməkdaşın oğlunun etdiyi hərəkət səbəb olub.

“Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev bildirib ki, Şaumyan kəndindən olan həmin şəxs Ermənistan dövlət nömrə nişanlı avtomobili ilə kəndin mərkəzində təhlükəli vəziyyət yaradıb: “O, yolda azərbaycanlı gənclərin olduğu avtomobilin qarşısını kəsib və nalayiq hərəkətlərə yol verib. Gəncin əməllərindən hiddətlənən kənd sakinləri onu saxlayıb və tərəflər arasında mübahisə, daha sonra isə fiziki qarşıdurma yaranıb. Erməni gənc azərbaycanlıların ünvanına təhqir, söyüş işlədib və hədə-qorxu gəlib”.

Təşkilat rəhbəri deyib ki, kənd sakinləri gəncin atasının polis sıralarından istefa verməsi tələbi ilə aksiya keçiriblər: “Hazırda kənddə vəziyyət sakitdir və insidentlə bağlı araşdırmaya başlanılıb”.(Report)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90