Suda həll olan plastik torbalar yaradıldı

Suda həll olan plastik torbalar yaradıldıbackend

Yaponiyanın “Mitsubishi Chemical” şirkəti suda tamamilə həll olan plastik torbalar hazırlayıb.

Busaat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Yeni paketlər formasına və fakturasına görə adi polietilendən fərqlənmir. Torbalar adi polietilendən heç bir fərqi olmayan tərkibində şəkər qamışı olan xüsusi materialdan hazırlanıb.

Onun hazırlanmasında şəkər qamışından istifadə olunub. Şirkətdən bildiriblər ki, belə paketlər bir gün ərzində dəniz suyunda həll olur. Bu, okean və dəniz sularının plastik tullantılardan təmizlənməsinə böyük təsir göstərəcək.

Hazırda “Mitsubishi Chemical” şirkəti digər milli şirkətlərlə birlikdə həmin paketlərin kütləvi istehsalına hazırlaşır.

Xatırladaq ki, iyulun 1-dən başlayaraq, Yaponiya marketlərində alınan məhsulları yığmaq üçün plastik paketlər müəyyən ödəniş müqabilində təklif edilir. Hakimiyyət orqanlarının qənaətinə görə, bu addım plastik tullantıların qarşısının alınmasında mühüm rol oynayacaq. Bununla yanaşı, alıcılara suda həll olan bitki toxumalarından hazırlanmış paketlər də təklif olunur. Eyni zamanda, alıcılardan marketlərə öz çantaları ilə gəlmələri də xahiş edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90