Sülh sazişinin imzalanması Ermənistanın özünə faydalıdır: Rusiya prosesləri nəzarət altında saxlamaq istəyir

image-440backend

“Ermənistan hakimiyyəti sülh prosesini uzatmağa çalışır. Çünki məqsədi müəyyən qədər qüvvətlənərək Azərbaycanın qarşısında nisbətən güclü tərəfə çevrilməkdir. Ən azından əlini gücləndirməyə, məğlub ölkə mövqeyindən xilas olmağa çalışır”.

Bu barədə Busaat.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib.

Ekspert bildirib ki, Avropa ölkələri, ABŞ, Hindistan, İran Ermənistanı Azərbaycanın və Türkiyənin qarşısında forpost kimi görmək istəyirlər:

“Türk Dövlətləri Təşkilatının formalaşması, genişlənməsi və güclənməsi, Azərbaycan-Türkiyə əlaqələrinin ən üst səviyyədə olması Ermənistanla yanaşı, onlara arxa çıxan dövlətləri də ciddi narahat etməkdədir. Ona görə çalışırlar ki, mümkün qədər Cənubi Qafqazda gərgin situasiya qalsın. Çünki bölgədə gərginliyin davam etməsi İrəvana dəstək verənlərin müxtəlif bəhanələrlə regiona nüfuz etməsinə imkanlar yaradacaq”.

Müsahibimiz son aylarda Ermənistana Fransandan, Hindistandan xeyli sayda silahlar göndərildiyini xatırladıb. Bildirib ki, ABŞ Ermənistanla birgə hərbi təlimlər keçirir. Onun sözlərinə görə, hərbi təlimlər ondan xəbər verir ki, Vaşinqton Ermənistandan gələcəkdə Azərbaycana, Türkiyəyə qarşı öz məqsədləri naminə istifadə etməyi planlaşdırır:

“Əlbəttə belə şəraitdə sülh prosesində müsbət nəticə ilə bağlı nikbinlik xeyli azalıb. Mən də əvvəllər xeyli ümidliydim ki, tərəflər yaxın aylarda sülh sazişinə imza ata bilərlər. Əslində sülh sazişinin tezliklə imzalanması ilk növbədə Ermənistanın özü üçün zəruri və faydalıdır. Həmçinin, bölgədə kommunikasiyaların bərpası baxımından Qərb dövlətləri üçün də əlverişlidir. Amma türk birliyinə qarşı olan geosiyasi maraqlar Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasına, Cənubi Qafqazda əmin-amanlığın yaranmasına, Zəngəzur dəhlizinin açılmasına imkan vermir. Türk dünyasına qarşı ən təsirli vasitə Türkiyə və Azərbaycan arasındakı Ermənistanı dəstəkləməkdir. Çünki Azərbaycan və Gürcüstan vasitəsi ilə bölgəyə daxil olmaq qeyri-mümkündür”.

 

Qulamhüseyn Əlibəyli: Rusiyanın regionda öz varlığını qoruyub saxlaması üçün proseslərdə aktiv iştirakı vacibdir

Hömsöhbətimiz vurğulayıb ki, Rusiya da proseslərin onun nəzarətində qalmasını istəyir

“Rusiya Cənubi Qafqazda əsas söz sahibi olmaq iddiasından heç zaman vaz keçməyib. Bu rolu kiməsə güzəştə gedəcəyi də inandırıcı deyil. O baxımdan Moskva Azərbaycan-Ermənistan arasında davamlı sülh təşəbbüsləri ilə çıxış edir və danışıqlar üçün öz platformasını təklif edir. Hazırda Rusiyanın regionda öz varlığını qoruyub saxlaya bilməsi üçün proseslərdə aktiv iştirak çox vacibdir. Xüsusən, Ukrayna müharibəsindən və Ermənistanın Rusiyadan uzaqlaşması fonunda Moskvanın yenidən özünü təsdiq etməyə çalışması başadüşüləndir. Ermənistan baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşdən qaçması fonunda Kreml bir qədər də ürəklənib”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki